Sizin də, ətrafımızdakı insanların da, zaman-zaman mənim də istifadə etdiyimiz “milli mentalitet” sözü tam anlamıyla anlaşılmasa da, illərdir dillər əzbəri olmuşdur. Səbəbini bilməsək də ancaq nədənsə bəzi anlarda qurtarıcı bir ifadə olaraq “milli mentalitetimizə sığmaz”, “milli mentalitetimizə uymaz” deyirik. Yəni “milli mentalitet” adlandırılan bu qavramı hər kəs işinə gəldiyi kimi özünü müdafiə etmək və ya haqlı çıxarmaq üçün istifadə edir. Digər tərəfdən heç də bizim dilimizə uymayan və dilimizdən olmayan bu kəlimənin inadla bəziləri tərəfindən istifadə edilməsi mənə görə qəbul ediləcək bir hal deyil. Bu səbəbdən də yazıda “milli mentalitetin nə olduğundan”, “Türk törəsinin və ya milli dəyərlərinin milli mentalitetlə əlaqəsindən” bəhs edəcəyəm. Bütün bu qavramların anlamını, fərqliliklərini qeyd edərkən zaman-zaman tarixi abidələrdən örnəklərə də müraciət edəcək və bu qavramları tarixi ardıcıllıqla izah etməyə çalışacağam.
Öncə Türk törəsi barədə… Çünki “Türk törəsi”, “milli mentalitet” deyilən heç də biz Türklərin dilinə aid olmayan qavramdan daha əski və köklüdür. Qədim dünya tarixinin səhifələrində önəmli yerə malik olan, Türk millətinin mədəniyyətinin əsasını təşkil edən, ən önəmli qavramlarından biri də “Türk törəsi”dir. Fəqət son zamanlar bəzi Türk dövlətlərinin çağdaş dilində ya bu qavram “Türk Törəsi” şəkilində işlədilmədən alınma sözlərlə adlandırılır, buna görə də anlamı tam olaraq anlaşılmır və ya “törə” dedikdə qan davası, şiddət ağla gəlir. Bütün bunlar da mövzunun doğru anlaşılmadığına işarət edir. Hal belə olunca mövzunu araşdırmağın gərəkli olduğuna ehtiyac duydum. Beləliklə…
Türk millətinin tarixində və mədəniyyətində Türk törəsinin mühüm və əhəmiyyətli yeri olduğunu qeyd etmişdik. Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir. Bu günə qədər aparılan etimaloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının “törəmək, törəli, güclü, qüvvətli” anlamları ifadə etdiyi daha çox qəbul edilmişdir.(1) Bu səbəbdən də Türk adının mənasının içərisində yer alan törə qavramı mədəniyyətimizin ən qədim və ən önəmli ünsürlərindən biri olaraq dəyərləndirilməsi mütləqdir.
Törə qavramı qədim Türk abidələrində, yazılarında, kitabələrində “ənənə, nizam, qanun” anlamında dəfələrlə qeyd edilir. Örnək olaraq “Bilgə Kağan” yazısının şərq tərəfinin ikinci sətirində “Üstte mavi gök, aşağıda yağız yer yaradıldıkdan sonra insan oğlunun yaradıldığı və onların başına da Bumin ve İstemi Kağanların gətirildiği, onların da Türk millətinin ölkəsini və törəsini idarə və tanzim ettiği” yazılır.(2) Burdan yola çıxaraq xaqanın ən təməl işləri arasında törəni və ya qanunuları düzənləyib, ölkəyə yayamaq görəvinin olduğunu söyləyə bilərik. Bu vəzifənin yerinə yetirilməsi üçün isə böyük bir qurultay qurulurdu. Ögəl (tarixçi,türkoloq) törənin dövlətin qurucusunun adını daşıdığını qeyd edir: “Oğuz xan törəsi”, “Bumin Kağan törəsi”, “Çingiz xan yasası” kimi örnəklər göstərməklə törənin topluluq düzəni, əsgəri bir disiplin qurmaq məqsədi ilə yaradılan qanunlar olduğunu qeyd edir.(3) Səlcuqlularla Osmanlılardan qalma uyqulamalarda “Oğuz törəsi” kimi qeyd edilirdi. Lütfi Paşa Osman Qazini Oğuz bəyləri tərəfindən xanlığa seçilməsini bu şəkildə qeyd edir: “Siz Qayı nəslindənsiniz! Bu Oğuz xandan sonra Oğuz bəylərinin ağaları və xanları idi. Gün Xan vəsiyəti, Oğuz törəsi gərəyincə Oğuz nəslindən kimsə olmadığı halda, xanlıq və padişahlıq Qayı soyu var ikən başqa boy soyuna düşməz.”(4) Hər nə qədər qulaqlarımız “törə” kəliməsini Oğuz ismiylə bərabər eşitməyə alışsa da, öncədən qeyd etdiyimiz kimi “törə” yalnız Oğuzların təmüllərindən ibarət deyil. Orhun Kitabəsində də bu kəliməylə qarşılaşırıq: “İkin ara idi yoksuz Kök Türk anca olurur ermiş, Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı yime bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı yime tüz ermiş. Anı üçün ilig tutmış erinç. İlig tutup törüg itmiş.”(5) Bu ibarəni bugünkü Azərbaycan türkçəsinə çevirdikdə bu şəkildə olar: “İkisi arasında Göy Türklər əfəndisiz (yəni hürr və müstəqil olaraq) otururdular. Bilici xaqanlar idilər, qəhrəman xaqanlar idilər. Bütün buyruqları bilici idilər, alp idilər. Bütün bəyləri bütün xalqları doğru idilər. Bunun üçündür ki, bu qədər böyük bir dövləti idarə edirdilər və dövləti idarə edərkən qanunlar qururdular.”(6) Tomsen buradakı “törüg” kəliməsini “qanun” kimi tərcümə edib. Halbuki başqa bir yerdə “müəssəsələr” (qurumlar) (Les institutions) mənasını alıb: “Türk Oguz begleri budunı eşidin. Üze Tengri basmasar, asra yir telinmeser, Türk budun iling, törüng kim artadı?”(7) “Türk Oğuz bəyləri ve xalqları eşidin! Yuxarıdan göy basmadıysa aşağıdan yer dəlinmədiysə sizin dövlətinizi və müəssəsələrinizi kim yıxa bilər?”(8)
Türk mədəniyyətinin ən önəmli əsərlərindən biri olan Kutadqu Bilikdə isə “törə” qavramı 153 dəfə təkrarlanmışdır.(9) Hər nə qədər “törə” qanun sözü ilə eyni görülsədə, qanun “törə” terminini tək başına qarşılaya biləcək bir söz deyildir. Çünki Kutadqu Bilikdə “Kılıksız törü öngdi bilməz kişi, kişike katılsa itilmez işi”(10) beytindən “Təbiəti bozuq, törə və qanun bilməyən adam, insanlar arasına qatılsa da işi nizama düşməz, düzəlməz” anlamı çıxarılmaqdadır. “Törə” kəliməsinin içində qanun anlamı olsa da, qanundan daha daha fərqli olaraq bütün kainata hakim bir yüksək qanun şəklində ifadə edilməkdədir.(11) Törənin bu vəsfi də evrənsəlliyə (cəhani olmaq) sahib olduğu göstərməkdədir.
Əsk türklərdə törənin qanun anılamını ifadə etmək üçün istifadə edildiyini qeyd etdik. Bu kəlimənin istifadəsi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bunlardan biri Kaşğarlı Mahmuda aiddir. Kaşğarlı Mahmud “Divan-ı Luğatit Türk” adlı əsərində törə kəlməsinin “törü” şəklində qeyd edib. “Törü” kəlməsi düzən, nizam, görənək, adət mənasını verir.(12) “Divan-i Lüğətit-Türk” əsərində “vilayət tərk edilir, adət (törə) tərk edilməz” yazmaqla türk mədəniyyət həyatı içərisində “törə”nin nə qədər önəmli olduğuna işarə edilmişdir. Çünki köçəri həyatda vətən olabiləcək başqa torpaqlara getmək mümkündür. Ancaq “törə”nin tərk edilməsi, sosial-mədəni durumun və dövlət-toplum əlaqəsinin pozulmasını gətirib çıxaracağı deməkdir. Bir başqa deyimlə törəsini itirən toplum öz davamlılığını qoruyub saxlayan amilləri də itirmiş olacaqdır. Bu səbəbdən də türklər, “El gedər törə qalır” sözünü mənimsəmiş və getdikləri yerdə yeni dövlətlər qura bilmişlər.(13) Burdan törə kəliməsini hüquqi bir anlam bildirdiyini, örf, adət, gələnək, görənək şəklində meydana gəldiyi görürük. “Törə” kəlməsinin anlamı mövzusunda Ziya Göyalp da fikirlər bildirmişdir. Göyalpa görə yazılmış qanunlardan başqa yazılmamış yasalar da törənin içindədir. Hətta hüquqi törədən başqa, dini və əxlaqi törələr də vardır. O halda türk törəsi qədim türklərə atalarından qalan bütün qaydaların toplamıdır.(14)
Törə sözünün kökü türkcədir və “Türe” dən meydana gəlmişdir, örf, adət, yol, qayda, gələnək, görənək, yasa və kut törən-ayin anlamlarını qarşılamaqdadır.(15) Törə kəliməsi, Qazax və Qırğız dilində gələnək, görənək, qərar, hökm və soylu tekin (şahzadə) anlamlarını bildirir. Törə kəliməsi Uyğur çağında isə artıq doğrudan doğruya “qanun” anlamında istifadə edilməyə başlanmışdır.(16) Törə, Mete xandan Əmir Teymura qədər əsas xətləri ilə qorunmuş, tabe olan qövmlərin qanunlarına öz hüquq qaydalarına tərs düşməyəcək şəkildə yer verilmişdir.(17) Hikmət Tanyu “törə” kəliməsinin “tör” və ya “töz” kökündən gəldiyini və bu kəlimənin “atalardan qalma örf, adət, qanun” mənalarında istifadə edildiyini qeyd etsə də(18), (Kaşğarlı Mahmud “Divan-i Lüğətit Türk” adlı əsərində “tör” kəliməsindən törəmiş olan “törə” kəliməsini evin önəmli yeri və sədiri anlamında istifadə etmişdir.(19) Burdan da “törə” kəliməsi ilə “törü” kəliməsinin bir-birindən fərqli anlamları bildirdikləri görünür.
Qədim türklərdə dövlətin yönəltilməsi, idarəsi törə hökmlərinə görə gərçəkləşdirilirdi. Törə, qədim türklərdə dövlət adamlarının və xalqın günlük yaşamda riayət etmələri gərəkən sosial və siyasi qanunların bütünüdür.(20) Toplumsal – sosial həyatı düzənləyən törənin bəsləndiyi qaynaqlar da vardır. Bu qaynaqların birincisini xalq təşkil edir. Bu halda törə xalqın adət halına gətirdiyi qanunlardır. (Durmuş 1998 ,394 ).(21) Törəni təşkil edən digər qaynaq Yosundur. Toplum içində ənənəvi olaraq yavaş-yavaş və özlüyündən meydana gələn qanunlar – yəni “yosun hüquq”, xaqanın qəbul etdiyi nisbətdə türk törəsindən sayılırdı.(22) Qədim türklərdə hüquqa aid qanunlar xüsusi ilə də şəxsi, ailə və miras hüququ qaydaları bu şəkildə meydana gəlmişdir.( 22)Yenə dinlə əlaqədar mövzularında da yosun hüququnun yerinə yetirildiyi görünməkdədir.(23) Törənin bir digər qaynağını Xaqanlar tərəfindən qoyulan qanunlar və qurultayın aldığı qərarlar təşkil edir.(24)
Bəhs etdiyimiz kimi, qədim türklərdə “törə” daha çox dövlətin quruluş düzəni və işləyişi ilə əlaqədar qanunlari ifadə edirsə də, türklərdə ailə yaşantısı baxımından da bu qavramı istifadə edilib. Bu mənada “törə” görənək deməkdir.(25)
“Türk törəsi” sözlü yazılı qaynaqların ən önəmlisidir. Törə qədim türk dövlət hüququnun əsaslandığı sözlü gələnəyin anayasası – əsas qanunudur.(26) Örf, adət, gələnək, görənək biçimində dəyərləndirilməsi mümkün olan törə anlayışı zamanla əvəz olunmaz bir hüquqi qanun şəklini almışdır. İnsanların bir-biri ilə müxtəlif əlaqələr qurması nəticəsində ortaya çıxan davranış biçimləri zamanla “hüquqi bir davranış halı”nı alır. Bununla da əsas qanuna çevrilərək ya adət qaydası olaraq yaşayır, ya da yazılı bir hüquq qanunu olur.(27) Yəni Törə həm dövlətin idarəsində, həm də sosial həyatın düzənində mühüm və əsas qanundur. Orhun Kitabələrində törəsiz bir dövlətin düzəninin olmayacağından bəhs edilir. Məhz Bilgə Kağan “…Mən taxta çıxdıqdan sonra bunca önəmli yasanı dünyanın dörd bucağındakı xalqa verdim” sözləri ilə bu gərçəyi dilə gətirmişdir.(28)
Eyni anlayışı “Kutadgu bilik”də də görmək mümkündür. Bu məşhur əsərin yazarı Yusuf Has Hacib “Dövlət silahla qurulur, ancaq qələm və yasa – törə ilə idarə edilir”( 29) deməklə bu gərcəyi özəlliklə qeyd etmişdir.
Qədim türklərdə toplumun düzəni və xalqın rifahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların həyata keçirilməsinin mütləq “ədalət” anlayışına uyğun olması istənmiş və türk xaqanları da ölkələrində ədalətin qorunmasına böyük önəm veriblər.(30) Çin qaynaqlarının birində qeyd olunduğuna görə Tabgaç Türk hökmdarı Tai-Vu: “Mən dövlətimin içində kiçiklərin quldurluq etməsinə və xalqımın əzilməsinə göz yuma bilmərəm” deyərək, ədalətə əməl olunmasına göstərdiyi diqqəti gözlər önünə sərmişdir.(31)
Türklərdə törəni qazanmaq dövləti qurmaq deməkdir. Buna görə də törənin qorunması lazımdır. Bu mövzuyla əlaqədar yuxarıda qeyd etdiyimiz örnəyi yenidən təkrarlamaq yerinə düşər: “El buraxılar törü buraxılmaz”. Türklərə görə “Türk törüsin ıçgınmış budun”, yəni “Türk törəsini itirmiş millət” yox olmuş və ortadan qalxmış bir millətdir.Törə gedincə nə millət, nə el, nə də dövlət qala bilər. Bununla bərabər heç bir qüvvə türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa olsa yenə türk millətinin aldanması – yanılması onun elini və törəsini əlindən ala bilər.(32) Türk dövlətini yıxacaq güc ancaq türklərin törədən ayrılması ilə olar. Qədim türklərdə Xaqanın törəyə bağlı qalması, dövlətin və milətin rifahı baxımından önəmlidir, ancaq yetərli deyildir. Çünki gerçək bir dövlət qurucusu Xaqan eyni zamanda törəni toplayan və yeni törələr meydana gətirərək dövləti qüvvətləndirə bilən Xaqandır.(33) Qədim türklər törə qanunlarına uyaraq həyatlarını sürdürürdülər. (34).Bu şəkildə ölkə içərisində birlik və bunun təbii bir uzantısı və əksi olaraq dirilik saxlanılırdı.(35)
Bütün qeyd etdiklərimizdən bu nəticəyə varırıq ki, törə həm də türk millətinin milli dəyərləridir. Çünki törəni türk millətinin, dövlətlərinin dəyər verdiyi, önəmsədiyi qanunlar və mədəniyyət qaydaları, ənənələr, gələnək-görənəklər təşkil edir və törə ədalətə əsaslanır.
Milli mentalitet nədir və necə meydana gəldi?
Bura qədər türkün törəsinin və ya milli dəyərlərinin önəmindən bəhs etdim.Yazının ikinci hissəsində “milli mentalitet nədir və necə meydana gəldi?” sualına cavab tapmağa və “mentalitet” sözünün biz türklərdəki qarşılığından və nə məqsədlə bu sözün toplumumuzda işlədildiyindən bəhs edəcəyəm.
Öncəliklə dillər əzbəri olan milli mentalitet sözünün mənasını araşdırmağa çalışdım. Müxtəlif fikirlərlə qarşılaşdım. Kimisi bu sözün “ağıl, məntiq”, kimisi “ağıllı, düşüncəli”, kimisi isə “sürü davranış və ya düşüncəsi” olaraq dəyərləndirir. Bu sözün ilk dəfə dünyada kim tərərfindən istifadə edildiyinə dair də dəqiq bir məlumat əldə edə bilmədim. Bu barədə də müxtəlif fikirlər var. Kimisi bu sözün ilk dəfə 19-cu əsrdə fransiz sosial pisixoloqları Qabriel Tarde və Qustav LeBon tərəfindən termin kimi istifadə edildiyini deyir. Bəziləri də bu sözü elmə Levi Brül tərəfindən gətirildiyini söyləyir. Bir başqa mənbə də isə termin kimi ilk dəfə 1856-ci ildə Amerikada alim R.Emerson tərəfindən istifadə edildiyindən bəhs edilir və bu sözü yeni söz kimi dilə fransız mütəfəkkir Marsel Purst tərəfindən gətirildiyini də qeyd edirlər. .Bəziləri mentaliteti xəstəlik, geriçilik olaraq görməklə onu “sürüdən dala qalma” ifadəsi ilə eyniləşdirmişlər. Həmçinin qeyd olunur ki, “Sülh və müharibədə sürü instinkləri” kitabında Ziqmund Freyd və Vilfred Trotter tərəfindən araşdırılmışdır. Bəziləri ABŞ-da meymunlar üzərində aparılmış təcrübəyə əsaslanaraq mentalitetin şüursuz yamsılamadan ibarət olduğunu düşünürlər.( 36) Həmçinin “mentalitet”i mədəniyyətin bir qolu hesab edənlərlə yanaşı, özünüdərk, adət, gələnək-görənək, düşüncə tərzi və milli xüsusiyyətləri özündə birləşdirən bir qavram olaraq görənlər də var. Burdan belə nəticəyə gəlirik ki, “milli mentalitet” adlandırılan bu qavram biz türklərin “törə” anlayışına bənzəyir. Fəqət çox önəmli fərqlər var. Birincisi, biz türklər mədəniyyətimizi çox əski zamanlardan meydana gətirdiyimizdən bizim törəmiz, yəni milli dəyərlərimiz daha qədim və köklüdür. Avropalılar isə bu anlayışa , bu dəyərlərə daha sonradan 19-cu əsrdən sahib olublar. Digər tərəfdən, hətta bunu xəstəlik kimi də dəyərləndiriblər. Biz Türklərdə isə bu anlayış daha dəyərlidir; toplumda nizam, düzən quran və ədalətə əsaslanan bir qavramdır.(37) Ancaq bu günlərdə Azərbaycan türk toplumunda törə və ya milli dəyərlər əvəzinə heç də xoş olmayan “milli mentalitet” anlayışı yayılmışdır. Bu anlayış “nəyi ifadə edir?” sualına isə cəmiyyətimiz heç də dəqiq bir cavab verə bilmir. Sözün qısası, insanlarımız bu sözü özlərinə sərf edən qaydada istifadə edirlər. Adətən kimisə qınamaq , ayıblamaq mənasında və ya hər hansı bir mövzuda haqsız olduqları zaman özlərini haqlı çıxarmaq məqsədi ilə bu “bizim milli mentalitetimizə uymaz” sözünü işlədirlər.
Dəyərli qandaşlarım, gəlin, artıq hardan gəldiyi bəlli olmayan bu sözü istifadə etməyək. Əgər “milli dəyərlər” demək ağır gəlirsə, “Törəmiz” deyək. Amma unutmayın ki, bu sözü özümüzü haqlı çıxarmaq üçün deyil, atalarımızın etdiyi kimi ədaləti qorumaq və toplumda düzəni saxlamaq məqsədi ilə dərk edərək istifadə edək. Bizlərdə törə dəyərlidir və millətimizin, dövlətimizin var olmasında əsas ünsürdür. Bu yerdə Qayı boyunun bəyi Süleyman Şahın bu sözlərini xatırlamaq yerinə düşər: “Törə bilməyən adamdan Sultan olmaz, Bəy də olmaz, adam da olmaz. Bizim də adam olmayanla işimiz olmaz”.
Bu sözlərdən də göründüyü kimi törə və ya milli dəyərlər bizim üçün çox önəmlidir. Türk törəsi milli anlayışımız, MİLLİ GÖRÜŞÜMÜZ OLMALIDIR! Nə Mutlu Türküm deyənə!
Aynur TALIBLI – Tarih ve Medeniyet Araştırmacısı
İstanbul Sabahattin Zaim Üniversitesi, Tarih ve Medeniyyet Araştırmaları Bölümü Yüksek Lisans Öğrencisi
Yazarın diğer yazıları için tıklayınız.
_________________________________________
İstifadə edilən mənbələr:
1. Gömeç,Saadettin(2006).Türk Kültürünün Ana Hatları.Ankara:Akçağ yayınları.
2. Orkun,Hüseyin Namık(1994)Eski Türk Yazıtları. Ankara .TDK Yayınları.
3. Ögel,Bahaeddin(1982).Türklerde Devlet Anlayışı(13.Yüzyılın Sonlarına Kadar).Ankara: Başbakanlık Basım evi.
4. Ahmet Rasim, Osmanlı Tarihi, Cilt 1, s. 41..
5. Thomsen, Orhon Yazıtları Araştırmaları, Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken, Ankara 2002: Türk Dil Kurumu Yayınları, s. 128.
6.Ziya Gökalp’ın Orhun Abideleri’nden yaptığı bu alıntı, Muharrem Ergin’in çalışmasında şu şekilde yer almaktadır: “İkin ara idi oksuz Kök Türk iti ança olurur ermiş. Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı [yime tüz ermiş. Anı] üçün ilig ança tutmış erinç. İlig tutup törü[g itmiş.]”
“İkisi arasında pek teşkilatsız Gök Türkü düzene sokarak öylece oturuyormuş. Bilgili kağan imiş, cesur kağan imiş. Buyruku bilgili imiş tabii, cesur imiş tabii. Beyleri de milleti de doğru imiş. Onun için ili öylece tutmuş tabii. İli tutup töreyi düzenlemiş.” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 32-33.)
7. Thomes,Orhon Yazıtları Araştırmaları.Çeviren ve Yayına Haazırkayan:Vedat Köken.ANKARA 2002: Türk Dil Kurumu Yayınları, s. 142..
8.Bu bölüm, Muharrem Ergin’in çalışmasında şu şekildedir: “Türk Oguz begleri budun eşiding. Üze tengri basmasar, asra yir telinmeser, Türk budun, ilingin törüngin kim artatı [udaçı erti]?” “Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim bozabilecekti?” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 16-17.)
9.Çengel,Hülya Kasapoğlu(2007).Ermeni harifli Kıpçak Türkçesiyle Yazılmış Töre Bitiği ve Bu Eserdeki Töre,Yargı,Bitik Terimleri Üzerine.Gazi Türkiyat Dergisi,2007.1,77-95
10. KB= Arat, Reşit Rahmeti (1947-1959- 1979) Kutadgu Bilig I , Metin, Türk Dil Kurumu; II. Tercüme, Türk Tarih Kurumu, III İndeks, (Yayıma 455 Hazırlayanlar: Kemal Eraslan- Osman F. Sertkaya- Nuri Yüce), Türk Kültürünü Araştırma Enstitüsü, Ankara. KB.4606
11. Başer,Sat(1995).Kutadgu Biligde Kut ve Töreden Sevgi Toplumuna.İstanbul:Seyran Kitab.76-78.9
12. KaşgarlıMahmud 1985:I,106; .KaşgarlıMahmud 1985:II,18,25; Kaşgarlı Mahmud 1985:III,120,121.
13. KAŞGARLI MAHMUD(1985) Divan-ı Lugat”it Türk Tercümesi.Cilt II:18,Cilt III:120,121.Çev .Besim ALTAY,Ankara:Türk Dil Kurumu Yayınları.
14. TANYU,H (1979)”Türk Töresi Üzerine Yeni Bir Araşdırma”.Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.
15. ÖRNEK,S.V.(2000) Türk Halk Bilimi.Ankara:Kültür Bakanlığı Yayınları.
16. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası Araşdırmalari Vakfı Yayınları.
17. TOGAN,A.Z.V.(1981) Umuni Türk Tarihine Giriş.İstanbul:Enderun Yayınları.
18. TANYU,H (1979)”Türk Töresi Üzerine Yeni Bir Araşdırma”.Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.
19. KAŞGARLI MAHMUD(1985) Divan-ı Lugat”it Türk Tercümesi.Cilt III, Çev.Besim ALTAY,Ankara:Türk Dil Kurumu Yayınları.
20. UĞURLU,S.-YILMAZ,K (2011)”Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim”.Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
21. DURMUŞ İ.(1998)”Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel Unsurları”.Prof.Dr. Abdulhaluk M.Çay Armağanı,Cilt I,Ankara:Işık Ofset Matbaacılık Yayınları,399-407.
22. İNALCIK, Halil; Osmanlı’da Devlet, Hukuk, Adalet, İstanbul, 2000, s. 21.
AYDIN ,M.Akif; Türk Hukuk Tarihi,İstanbul,1999,s 15.
23. ARSLAN,Sadri Maksudi;Türk Tarihi ve Hukuk,İstanbul,1947,s.288
24. DURMUŞ İ.(1998)”Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel Unsurları”.
25. Pamir,A(2009)” Orta Asiya Türk Hukukunda “Töre” Kavramı”.Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi,C.58.S.2,Ankara,359-375.
26. UĞURLU,S.-YILMAZ,K (2011)”Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim”.Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
27. GÜRKAN,Ü .(1994) Hukuk Sosyolojisine Giriş.Ankara
28. THOMSEN; a.g.e., s. 158. Thomsen, Orhon Yazıtları Araştırmaları, Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken, Ankara 2002: Türk Dil Kurumu Yayınları.
29. KB=Arat, Reşit Rahmeti (1947-1959- 1979) Kutadgu Bilig I , Metin, Türk Dil Kurumu; II. Tercüme, Türk Tarih Kurumu, III İndeks, (Yayıma 455 Hazırlayanlar: Kemal Eraslan- Osman F. Sertkaya- Nuri Yüce), Türk Kültürünü Araştırma Enstitüsü, Ankara. KButadgu Bilig; B. 2711.
30. Eski Türk devletlerinde adalet anlayışı ve bu kavrama isnat edilen değerle ilgili ayrıntılı bilgi için bkz. TUTAR, Adem; İslâm Öncesi Türk Devlet Geleneğinde Adalet Anlayışı, C. II, Ankara, 2002, s. 868 vd.
31. DONUK, Abdülkadir; Eski Türklerde Hükümdarın Vazifeleri ve Vasıfları, Türk Dünyaları Araştırma Dergisi, Nisan 1982, No: 17, s. 108.
32. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası Araşdırmalari Vakfı Yayınları.
33. UĞURLU,S.-YILMAZ,K (2011)”Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim”.Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
34. DURMUŞ(2009) Bilge Kağan ,Köl Tigin ve Bilgi Tonyukuk.Ankara: Maya Akademi Yayınları.
35. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası Araşdırmalari Vakfı Yayınları. (32.kaynakla aynıdır. Baknz)
36. “Azerbaycanda Milli Mentalitet anlayışı” (Konfrans meqalelerinden) ceferlikönül. “Menntalitet nedir?” n.Teymurova. isimli meqaleden
”Mentalidet nedir? Mentalitetin izahi ?tarixi ve onunla bağlı keçirilmiş tecrube “ isimli makaleden.
37. İNALCIK, Halil; Osmanlı’da Devlet, Hukuk, Adalet, İstanbul, 2000, s. 21.
P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!