Paşinyan Ermənistanın hazırda düşdüyü vəziyyətə və Qarabağda ordumuzun apardığı Vətən müharibəsində məğlubiyyətə düçar olmasına görə həm yerli-lokal, həm də qlobal müstəvidə diasporun hədəfinə tuş gəlib.
Onun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevlə müxtəlif debatlarda diplomatik-intellektual məğlubiyyəti, Böyük Britaniyada ən populyar “Hard Talk” tok-şousunda və MDB sammitlərində natiqlik və dil bilgilərinin rişxənd obyekti olması gerçək faktlardır.
(Медведев посмеялся над тем, как Пашинян говорит по-русски)
Lakin Paşinyan ermənilərin siyasi rəhbəri qismində göründüyü və mediada təqdim edildiyi qədər səfeh və zəifdirmi?
Hesab edirik ki, İlham Əliyev Ermənistanın son 30 illik tarixində ən hiyləgər, ən saxtakar və siyasi əxlaq anlayışı olmayan rəhbərliyi ilə savaş apararaq, onu məğlub etməyə qadir olub.
Birinci arqument Paşinyana beynəlxalq münasibətlə bağlıdır.
Onlarla müqayisədə Prezident İlham Əliyevin Qarabağ müharibəsi təcrübəsi yox idi. Bir neçə beynəlxalq mütəxəssis müxtəlif səbəblərdən bu fərqə diqqət çəkib.
İkinci arqument isə Paşinyanın göründüyü/təqdim edildiyi kimi “zəif və səfeh”deyil, gerçəklikdə özündən əvvəlki sələfləri – Sarkisyan və Köçəryandan daha qəddar və daha saxtakar olması ilə bağlıdır.
Hərbi canilər – Sarkisyan və Köçəryanın Paşinyandan daha çox danışıqlara üstünlük verməsi onların Azərbaycanın gücünü və yüzlərlə erməni əsgərin aşkar ölümə getməsini dərk etməsi ilə bağlı idi.
Beləliklə, hazırda Ali Baş Komandanımızın basçılığı ilə aparilan müharibəyə tab gətirməyərək, rüsvayçı məğlubiyyətə uğrayan, lakin Sarkisyan və Köçəryandan daha qəddar və riyakar olan Paşinyan onları yardıma çağırıb.
Lakin Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi strateji hərbi-ordu quruculuğu, iqtisadi və beynəlxalq siyasət, hazırda apardığı qalibiyyətli döyüşlər nəticəsində onların üçünün birliyi tab gətirməyərək darmadağın olur.
Bu baxımdan Paşinyanın “zəif düşmən” obrazının arxasında, əslində, Ermənistanın ən yeni tarixinin ən qəddar və saxtakar, eyni zamanda ən hiyləgər rəhbəri durur.
İlham Əliyevin bu savaşda zəfəri Lider-Xalq birliyindən doğur və hər gün aldığımız qalibiyyət xəbərləri bu birliyin sarsılmaz olduğunu sübut edir. Xalq öz Liderinə inanır. Lider də Xalqdan aldığı güc və etimadla tariximizin yeni şanlı səhifələrini yazır.
Prezidentimizin strateji hərb siyasəti nəticəsində Ermənistan yaxın onilliklərdə özünə gələ bilməyəcək.
30 illik Vətən, torpaq həsrəti, millətimizin qırılmaz iradəsi insanlarımızı daha da həmrəy edib, düşmənə qarşı milli birlik cəbhəsini açıb.
Qafqazın ən güclüsü, dünyanın isə 54-cü ən güclü ordusu olan şanlı Azərbaycan Ordusu düşməni layiq olduğu yerdə oturdur.
Ermənistanın iflasa uğramış ordusu, “saxtakar qalib ordu” mifi darmadağın edilib.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Laçın Abasov – Azerbaycan Sosial Tədqiqatlar Mərkəzi