Twitter Facebook Linkedin Youtube

BÜTÖV AZERBAYCAN OCAKLARINDAN DOÇ. DR. DİLAVER AZİMLİ İLE RÖPORTAJ

SASAM uzmanları, İran’daki Türklere yönelik politikalarla ilgili ayrıntılı bilgi edinmek amacıyla bir görüşme daha gerçekleştirdi. Konuyla ilgili etkili ve geniş araştırmalarda bulunan Bütöv Azerbaycan Ocakları ile görüşen İran Masası uzmanlarımız, Bütov Azerbaycan Ocakları İdeolojik Faaliyetlerden Sorumlu Başkanı Doç. Dr. Dilaver Azimli ile bir röportaj yaptı. Paylaştığı değerli bilgilerden dolayı Bütöv Azerbaycan Ocaklarına ve değerli bilgilerini bizimle paylaşan Doç. Dr. Dilaver Azimli’ye teşekkür ediyoruz.

1-) Hocam öncelikle zaman ayırdığınız için teşekkür ederiz. Kısaca kendinizden bahseder misiniz?

Mən Azərbaycanın Quzeyində, Cəlilabad rayonun Ağdaş kəndində doğulmuşam. Rayonumuz Azərbaycanın Güneyindən tikanlı məftillərlə ayrılmışdır. Uşaqlıq dönəmindən Güneyə həsrətlə baxmışam. Azərbaycanın parçalanması uşaqlıq illərimdə mənim üçün ən ağrılı idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşam. Sonra M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmişəm. Tələbəlik illərində Azərbaycanın Quzeyində başlayan hərəkatda ən fəal iştirakçılardan olmuşam. Hal-hazırda isə Azərbaycanın bütövləşməsi uğrunda mübarizə aparan Bütöv Azərbaycan Ocaqları (BAO) başkanının ideoloji məsələlər üzrə başkan yardımçısıyam. Tarix üzrə fəlsəfə doktoru, dosentəm. Ailəliyəm, həyat yoldaşım, iki övladım vardır.

2-) Bütöv Azerbaycan Ocakları ve faaliyetleri hakkında bilgi verir misiniz?

Bütöv Azərbaycan Ocaqları (BAO) 2011-ci ilin noyabr ayında əsasən “Rəsulzadə-Elçibəy Ocağının bazasında ictimai birlik kimi yaradılmışdır. “Rəsulzadə-Elçibəy Ocağı” 2000-ci ilin axırlarında millətçi Azərbaycan gəncləri tərəfindən yaradılmış və milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olan dərnək xarakterli təşkilat olmuşdur. BAO-ya həmçinin 1990-2000-ci illərdə fəaliyyət göstərmiş millətçi gənclər təşkilatlarının (AXCP Gənclər Komitəsi, Bütöv Azərbaycan Birliyinin Gənclər təşkilatı-BAGT, “Savalan” məktəbi,  “Turan” Gənclər Təşkilatı və s.) fəalları və milli düşüncəli ziyalılar qoşulmuşdur. Təşkilatının ilkin təşəbbüs qrupu 2011-ci il, noyabrın 19-da Zahir Əlisoyun rəhbərliyi ilə 6 nəfərdən ibarət yaradılmış və təşkilatın adı “Böyük Azərbaycan Ocaqları” kimi müəyyən edilmişdir. Sonradan qrupa çoxsaylı fəalların qoşulması ilə sıraları genişlənmişdir.2012-ci ilin yanvarında təşkilatın ilkin Nizamnamə layihəsi hazırlanmışdır. Nizamnamədə Azərbaycan Türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşkilatın məqsədi kimi qəbul olunmuş və təşkilatın bu yolda əsas maneə olan fars şovinizminə qarşı mübarizə apardığı qeyd olunmuşdur. 2012-ci ilin noyabrında təşəbbüs qrupu uzvlərindən 11 nəfərlik İdarə Heyəti (İH) yaradılmış, ilk iclası noyabrın 25-də keçirilmişdir. 2013-cü ilin noyabrından etibarın hər həftə elmi və siyasi mövzularda diskussiyaların keçirilməsinə start verilmişdir. 21.12.2013 tarixində BAO-nun Gənclər Təşkilatı (BAOGT) yaradılmışdır 2013-cü ilin axırlarında Dil və Tarix Qurumunun (DTQ) yaradılmasına başlanmış, 02.01.2014. tarixində onun yaradılması haqqında qərar verilmişdir. 2014-cü ilin əvvəlindən Mərkəzi Şuranın formalaşdırılmasına başlanmış, 31.05.2014. tarixində keçirilmiş Təsis Konfransında (Təsis Konfransı səlahiyyətli Ümumi Yığıncaqda) İH üzvləri də daxil olaqla 30 nəfərlik Mərkəzi Şura yaradılmışdır. Sonradan bir nəfər də qəbul edilərək üzvlərin sayı 31 nəfərə çatdırılmışdır. 2014-cü ilin avqust ayından BAOTV (Bütöv Azərbaycan Ocaqları Televiziyası) “Youtube” kanalı fəaliyyət göstərir. 2018-ci ilin iyun ayından BAO TV-nin yeni – studiya formatında verilişləri fəaliyyətə başlamışdır. 2015-ci ilin may ayında BAO-nun Türkiyə təmsilçiliyi yaradılmışdır. 2015-ci ilin avqust ayında təşkilatın Məramnaməsi hazırlanmışdır. 2015-ci ilin oktyabr ayında Siyasi-Analitik Klub (SAK) yaradılmışdır. BAO indi də fəaliyyətini davam etdirir və fəaliyyət dairəsi genişlənərək Borçalını, Dərbəndi, Kərkükü də əhatə etmişdir.

Başlıca fəaliyyət dairəmiz təbii ki, Azərbaycanın Güneyi olmaqla, Kəngər körfəzinə qədər yaşayan həmvətənlərimizin taleyidir. Əsas qayələrimizdən biri də Bütöv Azərbaycan coğrafiyasında milli təfəkkürün formalaşmasına nail olmaqdır.

BAO “Məhəmməd Əmin Rəsulzadə-Əbülfəz Elçibəy” yolunu davam etdirir. Bu, BAO-nun başlıca şüarıdır. Bu yol Cümhuriyyətçilik yoludur. Əsas devizimiz Baş buğumuz Əbülfəz Elçibəy tərəfindən irəli sürülən “Millətləşmə, Bütövləşmə, Dövlətləşmə”dir. Bizim son məqsədimiz Kəngər körfəzinə çıxışı olan Təbriz mərkəzli Bütöv Azərbaycandır!!!

3-) Bütöv Azerbaycan’ı nasıl tanımlayabiliriz?

Dünya xəritəsində  dövlətçiliyi olan az xalqlar tapılar ki, bizim xalqın taleyini yaşasınlar.  Əslində, şəxsən mən görmürəm… Düzdü,  Koreya xalqı kimi ikiyə ayrılan dövlətlər vardır. Amma biz parçalanmış xalqıq… Biz səkkiz yerə parçalanmışıq. Yəni, tarixi Azərbaycan əraziləri indi müxtəlif dövlətlərin ərazilərindədir. Təsəvvür edin ki, orada yaşayan həmvətənlərimizin təfəkkürü də dəyişdirilibdir.  Bir milləti millət edən onun tarixi və coğrafi şüurudur. Tarixi və coğrafi şüur da milli kimliyi yaradır. Baxın, bizi nə günə qoyublar. Bizim vahid tariximiz, vahid ədəbiyyatımız formalaşa bilməyibdir. Bizdə kökmüzə söykənən tarixi şüur mövcuddur. Amma İranda fərqlidir, Rusiyada bir başqa, o cümlədən digər ərazilərdə də başqa-başqadır…Yalnız şifahi xalq ədəbiyyatı bütöv qalıbdır. Bayatılar bütöv qalıbdır, nağıllar əfsanələrə bütöv qalıbdır. Xüsusilə də aşıq ədbiyyatı bütöv qalıbdır. Bizi yaşadan və məhv etməyə  qoymayan da bunlar olubdur. İndi görün qarşımızda çox  böyük bir mübarizə dayanır. Biz ilk olaraq bütün Azərbayan coğrafiyasında tarixi şüuru yaratmağa nail olmalıyıq. Bunun üçün də həmvətənlərimiz coğrafi sərhədlərimizi dəqiq bilməlidirlər. Sonra da milli kimliyi dərk edəcəklər. İnəAllah bu istiqmətdə fəaliyyətlər uğurla davam edir. İnsanlarımız artıq  milli kimlyini daha çox anlayırlar. Təkcə Təbrizin “Traxtur” taqımı bu istiqamətdə böyük işlər görür. Bütöv Azərbaycanı təmsil etməyə başlayıbdır. Dünya tarixi bizə çox ədalətsiz yanaşıbdır. Onlar əslində, müstəmləkəçilərin tarixini yazmışlar. Bizə təqdim etdikləri tarix yalnız bizə aşağalıq kompleksi vermişdir. BAO öz təbliğatı ilə bunların nə qədər həqiqət olmadığını bütün dünyada yaşayan həmvətənlərimizə çatdırır.  Biz, BAO olaraq Azərbaycanın Güneyinin istiqlala qovuşması uğrunda savaş açmışıq. Orada istiqlal əldə etdikdən sonra Azərbaycanın bütövləşməsi baş verəcəkdir. Bu istiqamətdə də biz Azərbaycanın Quzeyində və Güneyində çox böyük təbliğat aparırıq.  İndi Azərbaycanın Quzeyində daha çox gənclər Azərbaycanın parçalamnış coğrafiyası haqqında məlumatlıdırlar. Biz, əminik ki, tarixin elə anları gələcəkdir ki, Azərbaycanın bütövləşməsi uçün şans yetişəcəkdir. Buna görə də Azərbaycanın Quzeyində buna hazır olmalıyıq.

4-) Azerbaycan topraklarının (Kuzey ve Güney) olarak ikiye bölünmesi ile ilgili bilgi verir misiniz? Bu bölünmenin tarihsel sonuçları nelerdir?

Azərbaycan torpaqları ikiyə bölünməmişdir. Yuxarıda bildirdiyim kimi səkkiz yerə parçalanıbdır. XVIII. əsrdən başlayaraq dünyada bir “Azərbaycan faciəsi” yaşandı. Türk Dünyası’nı məhv etmək üçün Azərbaycan Türklüyünü sıradan çıxarmaq lazım idi. Bunun üçün ilk olaraq Hindistan Türklüyünü Qacar Türk dövlətindən ayırdılar. Orada İran adlı qondarma dövlət sonradan, 1936-cı ildən yaradıldı. Bunun da müəllifi İngilislər idi. Elə onlar da Hindistan Türklüyünü Qacarlardan ayırdılar. Bunlara Rusiya da qoşuldu və  Qacar Türk dövləti ilə Rusiya arasında gedən müharibələr Rusiyanın xeyrinə oldu və Azərbaycanın bir hissəsi Rusiya tərəfindən işğal edildi. Bundan sonra Azərbaycanın Güneyi ilə Quzeyi fərqli talelər yaşadı. Burada sürətlə Ruslaşdırma həyata keçirməyə başladılar… Buradakılara Tatar deməyə başladılar. O üzdə isə Türk ifadəsi işləndi. Nəhayət, o üzdə də İngilislərin əli ilə 1925-ci ildə Pəhləvi Fars sülaləsi iqtidara gətirildi. Bundan sonra Azərbaycanın Güneyində İranlı kəlməsi işləndi.  Pəhləvilər tərəfindən Azərbaycanın tarixi, coğrafiyası təhrif edildi, Fars tarixi şişirdildi. Azərbaycanı Quzeyində də Ruslar eyni siyasəti həyata keçirdilər. 1918-20-ci illərdə Azərbaycan Cümhuriyyəti tarixi Azərbaycan torpaqlarının dördə bir hissəsində müstəqil dövlət qurdu, amma Ruslar yenidən onu işğal etdilər. O zaman Azərbaycan Cümhuruyyəti Türk adını milli kimlik kimi qaytardı, amma 1936-cı ildə I.Stalinin əmri ilə bu ad çıxarıldı və Azərbaycanlı yazıldı. Bunun ardından da bizə yad olan azəri kəlməsini işlətməyə başladılar. İndi bunun tarixi nəticələrinə baxaq: 1) Azərbaycanın tarixi əraziləri parçalandı; 2) Millət fərqli siyasət yürüdən dövlətlərin ərazilərində qaldı; 3)Millətin tarixi şüuru işğala məruz qaldı; 4)Millətin coğrafi şüuru işğala məruz qaldı; 5)Millətin milli kimliyi unutduruldu, onu üzərində manqurtlaşma eksperimentləri aparıldı; 6)İnsan bütöv olduğu kimi millət də, dövlət də bütöv olmalıdır. İnsan bir orqanını itirəndə, şikəst adlandırılır. Bizi də millət olaraq şikəst etdilər. Ən ağrılı nəticə budur. İndi Azərbaycanın Quzeyində olanların çoxları

özlərinə Azərbaycanlı, Güneydə olanlar İranlı, Rusiyada olanlar Azərbaycanlı, Gürcüstanda olanlar “Qiraz”, Ermənistandan qovulanlar “Yeraz” deyirlər. Hələ qardaş Türkiyədə yaşayan həmvətənlərimiz də bir-birinə “Qarslı”, “Ərzurumlu”. “İğdırlı” və sairə deyirlər… İndi gördünüzmü necə ağır tarixi nəticələr yaşayırıq… Hələ neçə ömür lazımdır ki, bunlar düzəlsin… Millət anlasın ki, onlar Türkdürlər!!! Onlar Türk Dünyası’nın ürəyi olan Azərbaycan coğrafiyasının sakinləridirlər. Bəzən bizdə hələ də Azərbaycanın Güneyindən olanlara “İranlı” deyirlər…. Bundan ağır nəticə varmı?

5-) Azerbaycan’ın eski Cumhurbaşkanı Sayın Ebulfez Elçibey hakkında bilgi verir misiniz? Kendisiyle tanışma fırsatınız oldu mu?

XX. əsr ictimai-siyasi fikri M.Ə.Rəsulzadə ilə başlayıb Ə.Elçibəylə bitir… Ə.Elçibəy Rəsulzadəni tamamlayır… Bu insanın fəaliyyəti bütün ömrü boyu Azərbaycanın bütövləşməsinə, Türk Dünyası’nın bir araya gəlməsinə xidmət edibdir. Çox böyük istedada malik insan idi. Azərbaycanın ən güclü tarixçi-şərqşünaslarından olan Ziya Bünyadov yazırdı ki, Elçibəy siyasətə qatılmasaydı, dünyada ən güclü tarixçilərdən biri kimi tarixə düşəcəkdi. Bu insan Azərbaycan tarixini, dünya tarixini çox dəqiqi bilirdi və dəqiq də nəticələr çıxarırdı.  Onun fikirlərinə qulaq asmaq özü bir xoşbəxtlik idi. Sevinirəm ki, mənə də bu qismət oldu. Saatlarla ona qulaq asırdım. Ondan çox şeylərə öyrəndim. İndi də kitablarını oxuyuram. Bu insan insanlığın ən Ali mərtəbəsində idi. Düşmənini də sevirdi…  Onun kimilər az-az dünyaya gəlir…Sufi təbiətli insan idi. Vətəni, Milləti, Dövlətini atəşlə sevirdi…Qardaş Türkiyəni çox sevirdi… İndi özümü xoşbəxt sayıram ki, tələbələrim məni Əbülfəz Elçibəyin tələbəsi kimi qəbul edirlər. Bilirsiniz, bu məsuliyyəti daşımaq çox çətindir. Çalışırıq ki, öhdəsindən gələk. Əbülfəz Elçibəy dövlətçilik məsələlərində çox qətiyyətli idi….Xüsusilə, Güney məsələsində…Bütöv şəxsiyyət idi…Dövlət məsələsində onda güzəşt yox idi… Dərhal bir əsgərə, bir komandana dönürdü….

6-) Bütöv Azerbaycan idealinin gerçekleşmesinde Türkiye Cumhuriyetini ve diğer bağımsız Türk Devletlerini nerede görüyorsunuz? Azerbaycan Türklerinin bu konuda Türk Dünyasından beklentileri nelerdir?

Bilirsiz, Türkiyə Cumhiriyyətinin bir neçə şəhərində bizim ocaqların yerli şöbələri vardır. Onlar da İstanbul təşkilatına bağlıdır. Ən böyük şöbəmiz də İstanbul şöbəsidir. Turkiyə Cumhuriyyəti iqtidarı ilə bizim münasibətlər normaldır.  Onlar orada şöbələrimizin fəaliyyətinə maneçilik törətmirlər.  Amma Turkiyə Cumhhuriyyətinin Azərbaycanın Güneyi ilə bağlı proqramı var mı, bunu  bilmirəm. Şəxsən mən onu hiss etmirəm… Əksinə, Türkiyədə hələ də bizə azəri deyirlər. Güneydə yaşayanlara da iranlı deyirlər. Təbrizdən, Ərədbildən danışanda İranın şimalı deyirlər. Maraqlıdır ki, qədim və orta əsrlərdən danışanda da İranın şimalı deyə danışırlar. Təxminən, bir on il bundan qabaq Türkiyədə Güneydə nə qədər Türkün yaşadığı barədə bilənlər çox az idi. İndi isə artıb. Bu işdə qardaşlarımız Tufan Gündüzün, İlbər Ortaylnın böyük əməyi vardır. O cümlərdən  “Traxtur” taqımının… Artıq qardaş Türkiyədə də bu taqımı sevənlər minlərlədir. Həttə onun oyununa Türkiyədən gedənlər də olur. Qaldı ki, o biri Türk dövlətləri ilə işləmək məsələsinə, biz oralarda da imkan tapdlqca çalışırıq. Gücümüz nəyə yetir, onu edirik. Buna çoxlu maliyyə lazımdır. Biz də ancaq üzvlük hesabına maliyyələşirik. Bacardıqca böyük konfranslar keçiririk. Məsələn, iki il bundan qabaq “Bütöv Azərbaycan” forumu keçirdik. Orada vurğulandı ki, Azərbaycan bütövləşməsə Türk Dünyası bütövləşə bilməyəcəkdir. Bizim formumuzda Kərkükdən, Borçalıdan, Dərbənddən və digər yerlərdən, o cümlədən Qərbi Azərbaycandan (Ermənistandan qovulanlar) da nümayəndələr iştirak edirdi. Qərara alındı ki, belə forumları tez-tez keçirək. Bilirsiniz, Azərbaycan Türk Dünyasını birləşdirən həlqədir. Biz bu həlqəni bir araya gətirməsək, Türk Dünyasının birləşməsi mümkün deyildir. Bu mənada Türk Dünyasının güclü subyektə çevrilməsi Azərbaycnın bütövlüyündən keçir.

7-)  Bir tarihçi olarak Türk gençlerine tavsiyeleriniz nelerdir?

Hər bir millətin əsas aparıcı qüvvəsi gənclərdir. Bütün Türk Dünyası gənclərinə tövsiyyəm odur ki, öz ənənələrinə, Türklüklərinə daima sahib çıxsınlar. Tarix nəticədir. Onlar bizim Türk tarixini oxuyanda nəticə çıxarsınlar. Biz bir yerdə olanda həmişə güclü olmuşuq. Parçalanan kimi, zəifləyən kimi, düşmənlər, qara donlu kafirlər üzərimizə yeriyiblər. Gənclər bu bütövlük uğrunda döyüşməyi qarşılarına məqsəd qoymalıdırlar. Tariximizə oxuyanda ümumtürk konteksində yanaşsınlar. Böyük Türk şüuruna sahib olsunlar. Düşünsünlər ki, biz imperiya xalqıyıq. Biz dünyaya daima sülh, ədalət gətirmişik. Biz idarəçilikdə Tanrıya istinad edərək, insanları onun ədalət sistemi ilə idarə etmişik. Gənclərimizi sıradan çıxarmaq üçün Qərb dünyasından müxtəlif layihələr həyata keçirilir. Bunu dərk edib, ona qarşı dayansınlar. Yaddan çıxarmasınlar ki, millətini sevməyən insan başqa millətlərə hörmət edə bilməz.  Bir də çox oxusunlar!!! Çox dil öyrənsinlər. Düşməni önün öz dili ilə susdurmaq mümkündür. Onu da yaddan çıxarmasınlar ki, “Türkün Türkdən başqa dostu yoxdur!!!”. Bunu qoca tarix sübut etdi!!!

Yorum Ekleyebilirsiniz


%d blogcu bunu beğendi: