Türk dünyasındakı milli oyanış hərəkatının böyük öncülərindən Kırım Türkü, İsmayıl bəy Qaspıralının önəmli sözlərindən biri belədir :” Millətinə xidmət etmək istəyirsənsə əlindən gələn işlə başla”. Bu dəyərli sözləri bilərək sizlərlə bölüşdüm, səbəbini isə sonra açıqlayacağam. Araşdırmamızın öncəki bölümündə dil qavramından, ünsiyyət vasitəsi olaraq dildən, kültür ilə dilin əlaqəsindən və millətin meydana gəlməsindəki rolundan bəhs etdik. Bu bölümdə isə dilin millətin tarixini yansıtan bir ayna olduğundan, doğma Türk dilimizdən və düşünürlərimizin ,fikir adamlarımızın dilimizlə əlaqədar düşüncələrindən söhbət açacağam, ortaq Türkçənin gərəkliliyini xüsusi ilə mövzu edəcəyəm.
Dildən bəhs edərkən onun tarixi önəmini də unutmamalıyıq. Dil canlı bir varlıqdır , nəsildən-nəslə ötürülə bilən və toplumun müxtəlif özəlliklərini əks etdirən sosial bir qürumdur. Tarixi özündə əks etdirən ayna kimidir. Hər hansı bir dil,o dildə danışan toplumun yaşayış biçimini, geniş anlamda kültürünü, dünya görüşünü, tarix boyunca keçirdiyi müxtəlif evrələrin və başqa toplumlarla qurduğu əlaqələrin yansıtıcısıdır.
Dilin canlı bir varlıq olduğundan bəhs etdik. Bu məqamda Azərbaycanın və Türk dünyasının düşünürü, şairi Bəxtiyar Vahabzadənin “Latin dili” şeirindəki misraları xatırlatmaq istərdim:
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! –
Millət ölüb, dil yaşayır.
********************
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə… bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb
Ölən ərə bənzər bu dil.
Bu gün Latın milləti müasir çağımızda yaşamır,amma dilləri onların tarix səhifələrində varlığından xəbər verir.Yəni Latın dili öz millətinin varlığını bu gün bizlərə sübut edir.Hal-hazırda Azərbaycan Türkçəsinin də,TürkiyəTürkçəsinin də yazılı dili Latin alfabesi(qrafikası) ilə yazılır.
Türklərin yəni bizlərin də qədim təxminən miladdan öncə 2500-cü illərə qədər uzanan , köklü tariximiz(1) və dilimiz var.Bunu söylərkən tarixi abidələrimizə ,yazılı və şifahi(sözlü) yəni dildən-dilə yayılaraq günümüzə gələn ədəbiyyatımızın nümunələrinə əsaslanırıq. Dilimizin tarixi soy-kökümüz qədər qədimdir.Bu günkü Türkçə təxminən 1300 -1500 illik yazılı keçmişə sahibdir. Göktürk dövlətinin(552) quruluşu və Orhun abidə yazıtlarının tikiliş tarixinə görə bu qənaətə gəlirik.İlk yazılı qaynaqlardan olan Orhun yazıtlarına –kitabələrinə diqqət yetirdiyimizdə anlayırıq ki, şifahi dilimiz yazılı dilimizdən də qədimdir.Çünki bir dilin yazı dilinin oluşması(formalaşması)və işlək duruma gəlməsi üçün minlərlə ilin keçməsi gərəklidir.Biz buna əsasən deyə bilərik ki, şifahi yəni danışıq dilimizin tarixi 4-5 mil il öncəsinə qədər gedib çıxır (2). SON ZAMANLARDA TAPILAN QƏDİM BUNU TƏSDİQLƏMƏKDƏDİR.
Biz Türklər tarix boyu digər topluluqlarla ticari mədəni əlaqələr qurmuşuq.Bunun nəticəsində də dilimizə yabancı sözlər gəlmişdir.İslamı qəbul etdikdən sonra isə Türkçə ərəbcənin təsirinə məruz qalmışdır. Ama Türk tarixində əvəzsiz yeri olan ,dilimizə böyük və önəmli xidmət etmiş olan Kaşgarli Mahmud hələ 11. yüzildə Türkçənin bir gün dünya dili olacağına inanaraq ərəblərə Türkçəni öyrətmək məqsədi ilə “Divanü Lûgati’t-Türk “ əsərini qələmə almışdır. Əski Türkçə dövrünə aid qələmə alın ən önəmli əsərlərdən olan Divanü Lüğati`t-Türk 1072-1074-cü illəri arasında yazılmışdır. Bu möhtəşəm sözlük Türkçəmizin bilinən ən qədim sözlüyü (lüğəti) və dilimizlə əlaqədar ən geniş bilgiyə sahib bir dilçilik əsəridir.Bu əsər peyğəmbərimiz Hz .Muhəmmədin(s.a.s) bir hədisi ilə başlayır.Sözü gedən hədisdə isə belə buyrulur:” Türk dilini öyrəniniz,çünki onların uzun sürəcək səltənətləri( dünyada uzun sürən hakimiyyəti olacaqdır) vardır”.(3). Bu günkü dilimiz müasir çağımıza gəlincəyə qədər çox yol qət etmişdir.Dilimizin özünü və özəlliklərini ərəbcədən, farscadan qorumasında Mahmud Kaşğarlı,Ahmet Yesevi, Yunus Emre,Şah İsmayıl kimi ismini qeyd etmediyim daha yüzlərcə-minlərcə dəyərli dövlət və fikir adamlarının əvəsiz rolu olmuşdur. Hoca Ahmet Yesevi bir müslüman Türk olaraq Türkçəni İslamın da dili halına gətirmiş və ərəbcənin ,farscanın təsirindən qorumuşdur. Ahmet Yesevi şeirində də dilimizi necə qoruduğundan bəhs edir :
Sevmez sözde bilginler
Bizim Türkçe dilini
Bilgeler konuşursa
Açar gönül ilmini
Ayet ve hadis Türkçe
Söylenirse duyarlar
Anlamına erenler
Baş eğerek uyarlar
Ey miskin Hoca Ahmet
Yedi atana rahmet
Fars dilini bilsen de
Sen Türkçene devam et
Türkçənin özünü qorumasında və elm ,ədəbiyyat dili olmasında ,Anadoluda Türkçəsinin İslam dini ilə bütünləşməsində ,13 yüz ildə dilimizin fars və ərəbcədən geri qalmamasında Yunus Emrenin xidməti də əvəsiz və mühümdür. Onun şeirlərindəki dil 13. yüzilin xalq (məişət)Türkçəsidir (4).
Yunus Emrenin yaradıcılığı üzərində doktora çalışması (tədqiqatı) həyata keçirən Mustafa Tatçı əsərində şairin Türkçəsinə dair bir çox fikir qeyd etmişdir.O, Yunusun sənətindəki dahiliyin səbəbini belə açıqlayır: “ Yunus Emrenin əsil dahiliyi Türkçəni sənətkəranə bir üslubla işləməsi- istifadə etməsidir. O, adəta Türkçə təsəvvüf və istilah (elm-terminoloji ) dilinin qurucusudur.Türkçə Yunusun qələmi ilə estetikləşmiş,ədəbiləşmiş və canlanıb yayılmışdır”(5).
Sözsüz,heç şübhəsiz deyə bilərik ki,dahi Yunus Emre Türkçəmizə və milətimizə belə əvəsiz xidmət edərkən özü də düşüncəni ifadə edən dilin,sözçüklərin önəmini dərindən anlamış və bilicli bir şəkildə bunu həyata geçirmişdir.Söz ustası Yunus, bunu misralarında ustalıqla əks etdirmişdir:
Söz ola kese savaşı söz ola bitüre başı
Söz ola agulu aşı balıla yag ide bir söz…
Beləcə deyə bilərik ki, Yunus Türk dilin mükəmməl bir tərzdə-üslubda istifadə etmiş bir dil sənətkarıdır və onun dili göstərişdən,gərəksiz ifadələrdən uzaqdır.
Dilimizin çağımıza gəlincəyə qədər keşməkeşli yolları qət etdiyindən öncədən də bəhs etmişdim.Oxuyan, araşdıran bilincli soydaşlarımızı,milli kimliyinə sahib çıxan insanlarımız bunu daha dərindən anlayırlar. Bir millətin bütün tarixi boyunca əldə etdiyi kültürü, dəyərlərinin bütününü və həyat təcrübələrini sinəsində toplayan, onu qoruyan və yaşadan “qutsal bir xəzinə” olan dil, sadəcə ilətişim- ünsiyyət vasitəsi olaraq düşünülməməlidir. İlətişim vasitəsi olma nitəliyi yanında dilin həm birəy (fərd ) həm də millət üçün daha önəmli olan yönü kültürəl kimliyi bəlirləyici və qoruyucu olduğu yönüdür. Millətin iç dünyasını, ruhunu əks etdirən dil, birəylərin(fərdlərin) mənsubiyyətlərinin, millətlərinə olan bağlılıqlarının da bəlirləyicisidir.(Üstüner 2003: 2) (6). Bu səbəbdəndir ki, dilimizin önəmini anlamalıyıq və onu gözbəbəyimiz kimi qorumalıyıq. Necə ki,Oğuz Türk hökümdarı olan Şah İsmayıl Xətai öz millətinə yəni bizlərə xitabən deyirdi: “Ey Türk oğulları!Dilinizin bir sözünü dünyanın heç bir dilinə,bir ovuc vətən torpağını dünyanın heç bir dövlətinə dəşiyməyin.Onu qoruyun və gələcək nəsillərə ötürün.”- Türk hökümdar Şah İsmayıl
Türkoloq Muharrem Erginin dil və millətlə bağlı dəyərli firiklerindən biri belədir :“Bir millətin ruhu və yaşama biçimi dilində şəkillənir. Bu baxımdan dil, millətin həyat fəlsəfəsini yansıtır. Bir topluluğun millət halında yüksələ bilməsi ancaq dil ilə mümkündür. Millətin daha çox özəllikləri, örf və adətləri, dünya görüşü, həyat fəlsəfəsi, inançları, sənət anlayışları, dildə əks edilir. Dil, milli yaddaşın milli xatirələrın, duyguların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin, bütün buluş və yaradılışların müştərək xəzinəsidir”(7) .
Ünlü bilgə,günümüzdən təxminən 2500 il öncə yaşamış çinli düşünür Konfüçyüsun sözlərini bölüşmək istərdim.O belə deyir: “Bir ölkənin yönətimini ələ alsaydım , edəcəyim ilk iş heç şübəsiz dilini nəzərdən keçirmək olardı. Çünki dil nöqsanlı –qüsurlu olarsa,sözcüklər düşüncəni doğru ifadə edə bilməz. Düşüncə dəqiq ifadə edilməzsə, görəvlər və xidmətlər gərəkdiyi kimi həyata keçirilə bilməz. Belə olduğu halda isə adət ,qanun və kültür pozular. Adət-qanun və kültür pozularsa ədalət yolunu itirər. Ədalət yolunu itirərsə,çaşqınlıq içinə düşən xalq nə edəcəyini və bunun sonunun hara varacağını bilməz.İştə- məhz bu səbəbdəndir ki,heç bir şey dil qədər önəmli deyil.” (Uygur 2001: 23’ten).(8). Düşünürəm bilgənin bu sözləri dil və dilin önəmi haqqında mühüm məsələlərə işarət edir.Konfüçyüsün “ bir ölkənin yönətimini ələ alsaydım” sözləri ilə başlayan fikirləri, dilin sadecə bir ünsiyyət aracı ,düşüncənin ifadəsi üçün lazımlı bir vasitə deyil,həm də çox mühüm və təsirli siyasi bir amil olduğuna işarət edir. Əslində Türk bilgəmiz Yunus Əmrə də buna bənzər tərzdə düşünürdü. Daha öncə paylaşdığım, Yunusun “ Söz ola kese savaşı söz ola bitüre başı” misrasının anlamına dərindən diqqət yetirsək nəyi söyləməyə çalışdığım daha aydın olacaqdır. Biz sözü gedən misranı “Söz ola – kəsə savaşı/ Söz ola – kəsdirə başı” kimi anlayırıq. Doğrusu isə fərqlidir, Yunusun Emrenin bütün əsərləri kimi bu misralarını da əski türkçəni əsas alaraq anlamalıyıq.
Əski Türkçədə ,baş: Yasa, hüquq/ bitürmek: meydana gətirmək, yetişdirmək anlamına gəlir. Bir baxıma toprağa əkilən bir toxumu, filizi böyütmək, yaşıllaşdırmaq mənalarını ifadə edir. Nəticə olaraq “Söz ola kəsə savaşı,söz ola kəstirə başı” yerinə “Söz ola kəsə savaşı ,söz ola yəşərtə yasayı” kimi anlamalıyıq.(9). Yəni söz həm savaşı kəsə bilər,həm də dövləti,milləti qoruyan yasanı,hüququ meydana gətirə,yetişdirə-gücləndirə bilər.Bununla da uzaq görən bilgəmiz Yunus Əmrə də əslində dilin-sözün fikirin,düşüncənin ifadəsində olduğu kimi , həm də təsirli,güclü bir siyasi vasitə olduğuna işarət edir.
Dil insanları bir toplum olaraq, millət olaraq bir araya gətirə bildiyi kimi onları ayıra biləcək bir güç, bir silah olaraq da istifadə edilə bilinir. Bu durumun acısını ağrısını biz Azərbaycan Türkləri və işğalcı-faşist Sovet rejimində yaşamış olan digər Türklər(qazax,qırğız,özbek,başkurt,tatar,türkmən və.s….) daha dərindən bilir. Bu mövzunun üzərində xüsusi ilə duran prof.dr.Mehmet Kaplan, dilin birləşdirici rolu üzərinə də diqqəti çəkmişdir: “Ruslar, Sovetlər Birliyində eyni irqdən olan Türk topluluqlarını, ayrı cümhuriyyətlər halına gətirmişlər və kiçik şivə fərqlərini qabardaraq ,iləri sürərək adəta ayrı dillər yaratmışlardır. Sovyetler Birliyində rusca rəsmi dildir. Türklər də onu öyrənmək məcburiyyətindədir. Fəqət Türk qövümlərinin bir araya gələrək ortaq bir dil və ədəbiyyat vücuda gətirməyə hakları yoxdur ”(10).
Bu mövzu ilə bağlı olaraq deyə bilərik ki, işğalcı Sovet – Rus rejimi TÜRK millətini azəri ,özbək, qazax, qırğız, tatar, tacik” deyə parçalamış və beləcə hökm etmişdir.Əks halda Türklərin tək TÜRK milləti adı ilə birləşib üsyan edəcəklərini və Qafqazlarda, Avrasiyada milli dövlətlərini quraraq hökm sürəcəyindən əmin olmuşlardır. Sovet rejimi dönəmində ruslar və digər işğalcı güclər ( farslar ve ingilislər) Türk millətinə qarşı”böl,parçala,ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir.(11). Türklərə qarşı həyata keçirilən bu siyasəti hələ Sovet dönəmində anlayan Türk dünyasının aydınlarından , Kırım Türkü İsmayıl bəy Qaspıralı dünya üzərindəki Türklərə bir-birindən ayrı milətmiş kimi (azəri, başkurt, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türkmən…və.s) adlar verilməsinin,Türk millətini bölüb parçalama oyununun(teatr senarisinin) ilk pərdəsi olduğunu,ikinci pərdəsində də Türk millətinin yox edilməsinin səhnələnəcəyini daha gənç yaşlarında anlamış ,bu oyuna qarşı necə davranılması gərəkdiyinə dair fikirlər iləri sürmüşdür(12). Onun bu qəbildən ən dəyərli düşüncələrindən biri belədir: “DİLDƏ,FİKİRDƏ,İŞDƏ BİRLİK”.Bu fikir biz türklərin atasözü olacaq qədər önəmli və dəyərlidir. Diqqət yetirdiyimiz zaman anlayırıq ki özəlliklə Qaspıralı “dildə birlk” ifadesini öncə qeyd edir.Çün ki, dildə birlik olmazsa fikirdə və işdə birlik olmaq qeyri -mümkün olacaqdır.
Qaspıralı haqlı olaraq bütün Türklərin birlik ola bilməsi üçün,öncəliklə camaat olma fikirindən qurtulub birlikdə millət olma fikrinə sahib olması gərəkdiyini düşünürdü.O. ayrı-ayrı ləhcələrin istifadə edilməsinin dildə birliyə əngəl olduğunu, birlikdə güclü millət olmaq üçün ortaq bir ədəbi dilin olması gərəkdiyi fikirində idi.Onun bu mövzuda yazdığı yazılar birliyə gedən yol üçün nə qədər mübarizə etdiyini açıq şəkildə ortaya qoyumuşdur. 15 mart 1906 tarixli “Tərcuman” qazetində, dildə birliyə qarşı olan və ayrı ləhçələrin ədəbi dil olaraq gəlişdirilməsini müdafiə edənlərə bu şəkildə cavab verir: “ Ümumi ədəbi dili olmayan millət ,millət sayılmır. Türk evladlarından olan Tarançı, Sart, Özbək, Qırgız, Qazax, Qumuk, Nogay, Azerbaycan və.s tayfalar, Türkçə danışdıqları hâlda, şivələri başqadır. Bir-birlərini güçlüklə anlayırlar. Bu hâl, birləşməyə, birliyə, bilgilərin, elimlərin hər kəsə duyurulmasına, tərəqqiyə (ilerlemeye), ədəbiyyata, dostluğa və qaynaşmaya əngəldir. Binaənaləyh(ona görə də), ən əvvəl, ən ziyadə, həpimiz üçün ehtiyaç və lüzumlu olan, ümumî lisan, ədəbî Türkçə dildir… Bu iş pək o qədər yüngil (xəfif) deyilsə də, çarəsi bulunmaz müşkil də deyildir. Tərcüman qazətəsi, Baxçasaray’dan tâ Kâşgar’a qədər oxunduğu, yani anlaşıldığı, lisanən (dil baxımından)birləşmənin mümkün olduğuna böyük dəlildir.”(13).
Kırım Türkü İsmayıl bəy Qaspıralının üzərində durduğu ortaq ədəbî dil Türklərin tək bir millət sifəti ilə hər mövzuda birliyini simgələyəcək bir dildir. Qaspıral bu xüsusdaki düşüncələrini belə ifadə edirdi: “Millətimiz büyük millətdir. Zaman, məkan və məsafə təsirləri ilə firqə- firqə ayrılıb bir-birini bilməz və anlamaz dərəcəyə gəldiyi və Türk ism-i âlisini unudub kimi Tatar, kimi Qarapapaq, kimi Qazaq, kimi Tarançi namları ilə dağılıb ufaldıqları məlumdur.”(14) Buna görə Qaspıralı, ortaq ədəbî Türkçə qavramına tərs düşən hər cür sapmaya ve ayrımcılığa qarşı bezmədən, usanmadan mübarizə etmişdir. Ona görə ortaq ədəbî Türkçə“ Bir cins, bir millet olduğumuzu âləmə göstərəcək, hakk-ı içtimaiyəmizi təmin edəcəkdir”(15).
Türkiyəli yazar,TÜRK milliyətçiliyini “TÜRKÇÜLÜK” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalp da 10 qitəlik “Lisan” başlıqlı şeirində gənəl olaraq bir çox nəsir yazısında bəyan etdiyi dil, vətən və millî birlik qavramları ətrafındakı görüşlərinin mənzum şəkildə əks etdirmişdir:
“Türklüğün vicdanı bir, dini bir, vatanı bir.
Fakat hepsi ayrılır,olmazsa lisanı bir…..
Bu misralarda millî birlik və bərabərliyin qorunması baxımından ehtiyac duyulan ortaq “dil dəyəri”nə işarət edilmişdir. Şeirin tamamında ifadə edilən “millî dil” inşa etmə fikri, ulus- millət olmanın bir gərəyi olaraq önəmsənmişdir. Zira dil birliyi olmazsa qövm, din və vətən birliyi də olmaz. Ziya Gökalp da ,İsmayıl bəy Qaspıralı ilə eyni düşüncədədir və dil birliyinin Türk millətin birliyini təmin edəcəyini düşünür. Buna görə dilimiz, müstəqilliyin təməli olan millî şüurun ən verimli qaynağıdır (16). Zira dil, toplumda müştərək bir duyqu, düşüncə və təsəvvürün gəlişməsini təmin edən birləşdirici bir sistemdir. prof.dr.Mehmet Kaplan da, “Dil, onu danışanların duyqu, düşüncə və xəyal dünyalarını təyin edər” (Kaplan, 1982: 149) deyərkən, bu təsbiti doğrulamışdır.(17).
Ortaq dil, ortaq yaşantının, ortaq düşünmənin yəni birlikde olmanın bir sonucudur. Eyni dili danışmaq bir millətin varlıq səbəbidir. Kaplan, ortaq dil üzərində dururkən özəlliklə bu gərçəklikdən hərəkət etməkdədir: “Müştərək dil, müştərək kültür və mədəniyyətin məhsuludur. İçində yaşanılan kültür və mədəniyyət çevrəsi, bir dildə istifadə edilən kəlimələrin kadrosunu təyin edər. Buna əsasən fərd kimi cəmiyyətin də kültür və mədəniyyət səviyyəsini anladığı və istifadə etdiyi kəlimələrin cins və sayısından çıxarmaq mümkündür. Çünki həyat dilə əks edər.( 18 ).“Millî birlikdə ‘dil birliyi’ əslî -əsas bir rol oynar. ‘Dil birliyi’ yinə modern- çağdaş fəlsəfənin başlıca terminlərindən biri olan “communication-anlaşma” vâkıasının-olqusunun sosial bir təcəllisindən ibarətdir.” (19)
Hal-hazırdakı dünyamızın yeni şərtləri ,siyasi düzəni biz Türklərin “ dildə,fikirdə,işdə” birlik olmamızı gərəkdirir. Eyni kökdən olan Türk ləhcələri , ayrı dil olaraq adlandırılmış və ayrı əlifbalarla yazılmışlardır. Bunun nədəni bəllidir ,coğrafi və siyasi səbəblərdən dolayı olmuşdur.Yüzillərdir faşist və somürgəçi hakimiyyət quranlar( rus,fars,ingilis,fransız )millətlər içərisində özlərinə təhlükə olaraq gördükləri Türk millətinin əriyib yox olması siyasətini həyata keçirmək üçün Türkçənin ləhçələrini ayrı bir dil kimi qələmə vermişlərdir. Beləcə “dildə birlik “ olmamıza mane olaraq ” fikirdə və işdə “ birlik olmamızın önünü hiyləgər (sinsi) bir siyasətlə almışlar. Bu gün ortaq Türkçə zəruri və acil bir ehtiyacdır. Güney Azərbaycandakı,Uyğur elindəki,Kırımdakı,Kərkükdəki və başqa qan ağlayan Türk yurdlarındakı soydaşlarımızla da hər daim sürəcək sağlam birliyimiz ortaq Türkçə ilə mükündür.Çünki dil və yazım bütün əlaqələrin və iş birliyinin əsas açarıdır.Əgər bunu həyata keçirəriksə ortaq dilimiz beynəlxalq bir dil olar. Ortaq Türkçə Birləşmiş Millətlərdə və digər nüfuzlu təşkilatlarda danışıq dili kimi qəbul edilər.
Türk millətinin zəngin ortaq dili ,müasir çağımızda çox işlək olan Türkiyə türkçəsi və Azərbaycan türkçəsi təməl alınaraq , həm də digər ləhçələrdəki( Qazax,Qırğız,Türkmən, Kırım-tatar və.s) ortaq kəlimələrlə və sözlü ədəbiyyat nümünələrindəki örnəklərdən yararlanılaraq meydana gələ bilər. Beləcə həm dilimizin ləhçələrindəki ortaq kəlimələr aydınlatılmalı və fərqliliklər düzənlənməlidir ki mükəmməl bir ortaq Türkçə oluşmuş(formalaşmış) olsun.
Araşdırma məqaləmizin başlanğıcında paylaşdığım İsmayıl bəy Qaspıralının “Millətinə xidmət etmək istəyirsənsə əlindən gələn işlə başla” sözlərinin nə qədər doğru olduğunu xatırlatmaq istərdim.Əgər bu gün Türk millətinə xidmət etmək istəyiriksə əlimidən gələn ən öndə,əsas iş ortaq Türkçəni meydana gətirmək olmalıdır.Unutmayın dil həm sosial, həm tarixi ,həmdə siyasi bir amildir.!Türk millətinin birliyi üçün ortaq Türkçə acil və önəmli bir ehtiyacdır.
P.S. Her zaman öz məsləhətləri və dəyərli bilgiləri ile dəstək olan Türk komutan İshak Çelik bəyə teşekkürümü bildirirəm!
Aynur TALIBLI – Tarih ve Medeniyet Araştırmacısı
Yazarın diğer yazıları için tıklayınız.
____________________________________________________
İstifadə edilən mənbələr:
1- İbrahim Kafesoğlu, Türk Milli Kültürü, İstanbul 1983, s.48;
2- Uzman Ayşe BAŞÇETİNÇELİK Çukurova Üniversitesi Rektörlüğü Türk Dili Bölümü.”Dil Toplumun Onurudur”,s.2.
3- Divanü Lügati`t Türk,Kaşgarlı Mahmud (Türkiye Türkçesi) Besim Altay ,C.1,s.27. Ankara -1985.
4- Emek ÜŞENMEZ, İstanbul Üniversitesi, Edebiyat Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü,” YUNUS EMRE’NİN DİLİ HAKKINDA”. AKADEMİK BAKIŞ, SAYI 16, NİSAN, 2009 . Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi. S.3. ISSN:1694-528X, İktisat ve Girişimcilik Üniversitesi, Türk Dünyası Kırgız- Türk Sosyal Bilimler Enstitüsü, Celalabat-KIRGIZİSTAN.
5- TATÇI, Mustafa (2005), Yûnus Emre Divân Ve Risâletü’n-Nushiyye, İstanbul: Sahhaflar Yay. S.67.
6- Üstüner, Ahat (2003). “Anadille Eğitim ve Türkçe”. S.2. Birses, 21.01.2003.
7- Ergin, Muharrem (1988b). Türkiye’nin Bugünkü Meseleleri, 4. Baskı. S.6. Ankara: TKAE Yay.
8- Türkbilig, 2018/36: 103-120. “DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER “ S.112. Kemal EROL .
9 -Uygur, Nermi (2001). Dilin Gücü, 6. Baskı, S.23. İstanbul: Yapı Kredi Yay.
10 -DR. EMRE BAĞÇE ” Yunus’u neden doğru anlamıyoruz?” Prof. Dr. Emre Bağce.katilimdunyasi.com.
Not: Şiirin aslı ve iki kelimenin anlamı için bkz., Yûnus Emre Dîvânı, Haz. Mustafa Tatcı, Kültür ve Turizm Bakanlığı yay. s. 81, 349, 353
11- Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.119.
12- Yazar Aynur Talıblının “Azeri mi Türk mü? Yüz Yıllık Asimilasyon Projesi”, “Azəri Yoxsa Türk?!” isimli meqalesinden.
13- Mustafa TOKER “İSMAİL GASPIRALI VE “DİLDE BİRLİK” FİKRİ ÜZERİNE”.s . 34
14- Sabri Arıkan, “İsmail Bey Gaspıralı`ya Göre Dilde –Fikirde-İşte Birlik Niçin Şarttır?”,Türk Dünyası Tarih ve Kültür Dergisi, S.2000/07-163,s.20.
15- Lisân Meselesi, Tercüman, 4 Kasım 1905
16- Tercüman, 24 Mart 1909.
17- Türkbilig, 2018/36: 103-120. “DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER “ S.112. Kemal EROL .
18- KAPLAN, Mehmet (1982), Kültür ve Dil, İstanbul: Dergâh Yayınları.s.149
19- Mehmet Kaplan, Sevgi ve İlim, Dergâh Yayınları, İstanbul, 2002,s.207.
20- Mehmet Kaplan, Büyük Türkiye Rüyası, Dergâh Yayınları, İstanbul, 1998, s. 100