Twitter Facebook Linkedin Youtube

ƏXİLİY: UNUDULMUŞ BIR TÜRK GƏLƏNƏYININ BILINMƏYƏNLƏRI

Aynur TALİBLİ

Tarixi ciddi və bilincli bir şəkildə araşdırdığımız zaman həqiqətən soylu atalarımızın nə qədər bilgili və uzaqgörən olduğunu daha yaxşı anlaya bilərik.  Müasir çağda bizlərin Avropa ölkələrinə olan bilincsiz və bir  baxımdan da şüursuz meyilimiz  həqiqətdə bir çox cəhətdən zəifləməmizə səbəb olur.Ola bilər ki, bu gün bu zəifləməni və geriləməni hiss etmirik və müasir çağla uyğunlaşdığımızı hesab edirik ama çox təəssüf ki ilərləyən zamanda bunun fəsadlarını daha dərindən hiss edəcəyik. Çünki bu gün heyran olduğumuz Avropanın keçmişi çox qaranlıq və cəhalt doludur. Bu haqda öncədən yazdığım “Avropalaşaq, modernləşək yoxsa özləşib Türkləşək?” isimli məqaləmdə bəhs etmişəm.

Ama bu yazımda isə Avropalılarıların heyran olduğumuz siyasi, ticari əlaqələrində həyata keçirdikləri sistemin və qurduqları örgütlərin əslində biz Türklərin  tarixində və sosyal həyatında daha öncədən var olan sistemlərin və örgütlərin təqlidi olduğu düşüncəsini-tezini doğrulayan bir təşkilatdan bəhs edəcəyəm. Sizləri bizlərini unutduğumuz yadlar tərəfindən örnək alınana ticari və siyasi bir təşkilat haqqında məlumatlandırmağa çalışacağam.

Türkiyə Türklərinin ləhcəsində “ahilik”, Azərbaycan Türklərinin ləhcəsində “əxilik“ olaraq adlandırılan və çoxlarının unutduğu ticari və siyasi bir sistem yazımızın mövzusudur. Azərbaycan türklərinin çoxu “əxilik” sözünü yaxın zamanda adını tez-tez duyduqlari  ABŞ-IN  MADDİ VƏ MƏNƏVİ OLARAQ DƏSTƏKLƏDİYİ VƏ  HƏM DƏ AVROPANIN MAŞASI OLAN İŞİD adlanan teror təşkilatı ilə bərabər səsləndiyinə adət etsələr də, ARAŞDIRDIĞIMIZ BU sistemin qeyd etdiyimiz yaramaz tərorist sürüsü ilə heç bir əlaqəsi yoxdur.

Ola bilər ki,  yaramaz teroristlər ərəbcə “qardaş və qardaşlıq” mənasını verən əxi və ya əxilik kəliməsini öz tərzlərində mənimsəyiblər  və bir -birlərinə “əxi” deyə müraciət edirlər ,ama siyasi və ticari bir sistem olan əxiliyin onlarla həç də əlaqəsi yoxdur.

Sizlərə öncədən bildirmək istəyirəm ki, araşdırmamızın mövzusu olan əxilik Türk kültürünün ən önəmli parçasıdır və bir mənəvi dəyərdir. Kim bilir bəlkədə ABŞ-IN maşası, əmir qulu olan teror təşkilatı İŞİD yandaşları bilərək bu kəliməni dillərinə dolayıb bu yolla insanlar arasında bu sözə qarşı mənfi – itici yanaşmanın, Türkiyə Türklərinin deyimi ilə “ön yargının” gündəmdə olmasına xidmət edirlər. Eynən Teror örgütlərinin adina bilərək, qəsdən “İslam” adını əlavə etdikləri kimi  “əxilik” SÖZCÜYÜNÜ də qutlu və tarixi dəyərini bilərək xüsusi ustalıqla bu kəliməni də istifadə edərək Türk-İslam düşmanlarına xidmət edirlər. Ama  əminliklə söyləyə bilərərm ki, araşdırmamızı oxuduqdan sonra düçüncəniz yaxşı mənada dəyişəcək.

Ahilik və ya əxilik təşkilatının anlamaq üçün onun toplumsal-sosial həyatda nə iş icra etdiyini və nə üçün fəaliyyə göstərdiyini yaxşı bilmək gərəklidir. Bu səbədən də öncə “ahi vəya əxi” kəliməsinin qaynağı və tarixi sürəcdə qazandığı   mənaları araşdırmaq önəmlidir.(1) Çünki  əxi kəliməsinin qaynağı və mənasi ilə əlaqədar iki fərqli görüş araşdırmacılar tərəfindən irəli sürülmüşdür. Birinci görüşə görə; əxi kəliməsinin qaynağı Türkçə olub “akı” kəliməsinin Anadoludaki söyləniş tərzindən meydana gəldiyi şəklindədir.(2) Bu fikirde olanların əsaslandıqları təməl qaynaq qədim Türkçədə yazılmış olan mətnlərdir. Bu mətnlərdə “akı”sözcüyü cömərd ,əli açıq mənalarında istifadə edilmişdir. Burada örnək olaraq bu beyitləri göstərə bilərik:

Kutadgu Bilig’də;

“tüzün erdi alçak kılınçı silig

Uvutlug bagırsak akı king elig” (Akı: cömərd,əli açıq  mənasındadır.)

Müasir Türkçədə :(Asil,təbiətli,mütəvazı və gözəl xasiyyətli idi;həya sahibi ,mərhəmətli,cömərd və əli açıq idi)(3).

 

Atabetü’l- Hakayık’ta; (4)

“akı bol sala söz sökünç kelmesün

Sökünç kelgu yolnı akılık tıyur. (Akı : “cömərt ol” mənasındadır. )

(Cömərd ol ,sənə pis söz,söyüş gəlməsin;söyüş gələcək yolu cömerdlik kapatır.)(5)

 

Divanü Lügati-t Türkdə:

“Kodhgıl mala akılık bolsun mala ayaga

İddhgıl meni togışga yüwgil mala ulaga”

Müasir Türkçədə:  (Məni burax,seleklik (əli açıqlıq) mənim takma adım (ləqəbim) olsun. MƏni savaşa göndər, mənə at yardımı et.)(6)

 

Beləliklə “Əxi” və ya “Ahi” kəliməsinə semantik (məna) baxımdan dəyərləndirildiyində, Türkçədəki “əli açıq, cömərd, yardımsevər” anlamına gələn “akı” kəliməsinin dəyişməsindən-deformasiyasından (latinca) ortaya çıxdığı anlaşılır. Örnək verdiyimiz Divanü Lügati-t Türk ve Atabetül Hakayık adlı əsərlərdə də “akı” sözcüyü eyni mənalarda istifadə edildiyi və ayrıca “Divanü Lügati-t Türk”də “k” sesinin “h” şəklində söyləndiyi bilinir. Yenə Fransız Türkoloqu J. Deney, “Ahi” – “Əxi” kəliməsinin “əli açıq, cömərd, igid” anlamındakı əski və orta Türkçədəki “akı” kəliməsi yerinə anlam və söyləyiş baxımından çevrildiyini irəli sürmüşdür.(7)

Bütün bu mətnlərdəki nümünələrlə bərabər Avropalı sinoloqun söylədiklərini də sizlərlə paylaşmaq istərdim. Dünyanın ən qədim millətlərindən hesab edilən Çinlilər dövlət qurmağı, əkinçiliyi, heyvan yetişdirməyi, ticarəti və.b xüsusiyyətləri Türklərədən öyrənmişlərdir. Müasir dövrün məşhur sinoloğu(7) W. Eberhard, ”Çin Tarixi“ adı ilə Türk Tarix Qurumu tərəfindən çap edilən əsərində, Çinə miladdan öncə 3000-ci illərdə  Kuzey-Batı yəni ŞİMAL-Qərb mədəniyyətini gətirənlərin Türklər olduğunu, onların at bəsləyib, buğda və darı yetişdirdiklərini söyləyirdi (ss. 17-18). Yenə eyni yazar əsərinin, 33-35. Səhifələrində, miladdan öncə. 1057-247 illər arasında Çində hökümdar olan Çu (Chou) kral soyunun, bir Türk qəbiləsi olduğunu bildirir. O, Çinə başqa Türk qəbilələrinin də gəldiklərini onunların, ulduz və günəş kültüne-tapımına tapan dinî inançlarını da Çinə gətirdiklərini qeyd edirlər.

Eyni Alman sinoloq W. Eberhard ve Fransız tarixçi Rene Grousset, “L’Empire de Steppes” adlı əsərində, İslam’dan öncə qurulmuş Asya dövlətlərindən Hunların, Avarların, Göktürk və Uygur Dövlətlərinin Türk olduqlarını və bir çox mədəniyyət baxımından önəmli əsərlər buraxdıqlarını söyləyirlər. Bunlardan Göktürklər, minlərcə km. uzunluğunda dərin yeraltı sulama kanalları, əlifba, təqvim, vb. uyqarlıq anıtları-abidələri, təsirii min illik bir müddəti əhatə etmiş olan ahi- əxi  örgütünü-təşkilatını qurmuşlardır.(8)

Burdan da nəticə çıxara bilərik ki, əxilik-ahilik İslamdan öncədə Türk toplumuna xas özəl bir  gələnək və təşkilatdır və Islami qəbul edən Türklər də İslamı dəyərlərlə bərabər Əxilik təşkilatını daha da təkmilləşdirmişdir. Beləliklə Ahilik –Əxilik Türk-İslam mədəniyətinin – kültürünün inkişafına xidmət edən əsas, önəmli ünsürlərdən biridir.

“Əxi” kəliməsinin qaynağı və mənası ilə bağlı ikinci bir görüşün də mövcud olduğunu qeyd etmişdik. Belə görüşdə olanlar hesab edirlər ki, əxi sözü ərəbcə kökənlidir və ərəbcədən Türkçəyə keçmişdir. Buna göre Ahi-ƏXİ sözcüyünün anlamı “qardaşım”dır və kökünə, yəni  ərəbcədə ərkəy qardaş manasına gələn “ah” kəliməsinin sonuna “ye”, yəni birinci şəxsin təkində məsubiyyət şəklicisinin gəlməsi ilə qardaşım mənasını ifadə etmişdir.(9)

Bu görüşü müdafiə edənlərin  təməl qaydağı, Ahiliğin-Əhiliyin ilk olarak ərəblərdə meydana çıxan “Fütüvvet teşkilatı”ndan təsirləndiyi və bu səbəbdən sözcüyün kökəninin Ərəbcə olması gərəkdiyidir. Əhiliyin təsavvufda mühüm bir yeri olan “uhuvvət”i xatırlatmasından dolayı da asanlıqla yayılması və qəbul edilməsi mümkün olmuşdur.(10)

Şeyh Ferec-i Sincanî (ölüm tarixi 1065) ilə Alâü’d-Devle xəlifəsi Aliyy-i Mırî’nin (ölüm tarixi 1136) “Ahı” ləqəbiylə anıldıqları və bu kəlimənin olduqca əski fütüvvetnâmələrdə keçdiyi bilinir. ƏXİ kəlimesinin təsəvvufî özəlliyə sahib oluması bu görüşü müdafiə ediənlər tərəfindən əsas qaynaq  hesab edilir.(11). Dəbbağlar ve saraçlar (ordu və atlar üçün  lazımli ləvazimatlar hazirlayan ustalar) kimi Əsnafın başındaki kişilərə yöneldilən bu rəsmî unvan Osmanlı Türk dövlətindən  öncə Xorasan və Azərbaycanda da Türk  əsnaf kəhyaları ilə şeyxler üçün istifadə edilmişdir.(12)

Ama mən bu mövzuda fərqli düşünürən və düşüncəmi sizlərlə məqalənin sonunda paylaşacağam.

Əxiliyin sözcük mənasından bəhs etdikdən sonar tarixindən də mütləq bəhs etməliyik. Termin olaraq “əxilik” XIII. yüzilin ilk yarısından XIX. yüzyilin ikinci yarısına qədər Anadolu’da, Balkanlarda və Kırımda yaşamış olan Türk xalqlarının sənət və məslək sahələrində yetişmələrini, əxlâqi yöndən ucalmalarına xidmət edən bir quruluşun adı olmuşdur. Əxi təşkilatinin qurucusu olan Əxi Evran Azərbaycan Türküdür və Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Bəziləri onun  Xorasanda doğulduğunu, bəziləri isə Xoyda doğulub burda ilk təhsilini aldıqdan sonra Xorasana köçdüyünü hesab edirlər. Əxi Evranın qısa adının Əhməd ləqəbinin Nimetullah olduğu qeyd edilir.

Əxilik təşkilatının Anadoluda yaranmasının səbəbi var idi. Anadolu’da ilk olaraq Kırşəhər’də  qurulan bu təşkilatın meydana gəlmə səbəbini  Prof . Neşet Çağatay belə ifadə etmişdir: “Orta Asiya’dan Anadoluya köç edən Türkmənlər arasında yer alan çox saydakı sənətkarların asanca iş tapması; bu sənətkarların Anadoludakı yerli Bizans sənatkarları ilə rəqabət edə bilməsi, bazarda özlərini doğrutmaları, mallarını keyfiyyətini qorumak, istehsalı ehtiyaca görə ayarlamaq, sənətkarlarda sənət əxlâqını formalaşdırmaq, Türklərin ekonomik olaraq güclü hala gətirmək, ehtiyac sahibi olanlara hər sahədə yardımcı olmaq, ölkəyə ediləcək düşman qüvvələrinin hücumlarında dövlətin silahlı qüvvələrinın yanında ölkəni qorumaq üçün savaşmaq və Türklük şüurunu sənətdə, dildə, ədəbiyyatda yaradıb, ayaqda tutmaq,yerləşdikləri bölgələrdə Türk-İslam kültürünü yaymaq əsas səbəblərdən idi”.(13)

Əxiliyin meydana gəldiyi dönəmdə Anadoluda, Monqolların hücumlarının təsiri ile ortaya çıxan kaos – qarışıq ortam, bir-birləri ilə davamlı çatışma halında olan qruplar mövcud idi. Anadoludakı bu qarışıq ortam əslində köklü bir toplumsal dəyişimin başladığının da göstərgəsiy idi.

“Sosyo–ekonomik və kültürəl baxımdan toplumdakı köklü deyişimlərin qarşısında, toplumun fərdlərinin fərqli təpkiler göstərməsi təbiidir. Ahi birlikləri də belə köklü toplumsal dəyişimin yaşandığı dönəmdə, çatışma halında olan qrupları ortaq məxrəcə gətirmək, zəifləyən aşirət bağlarının yerinə yerləşmiş həyat şəklinə uygun, qoruyucu dəyərlər meydana gətirmək, Bizanslılara qarşı Müslüman–Türk mənfəətlərini qorumaq və toplumun hüzurunu qorumağa yardımcı olmaq məqsədi ilə qurulmuşdur.”(14)

ƏXİLİK təşkilatı həm də şəhər həyatının mənimsənilməsinə də xidmət etmişdir.(15) Hər nə qədər dövlət idarəsinin xaricində qurulmuş və çalışır olsalar da dövlət və millətin qüvvətlənməsinə, davamlılığına xidmət edir, inkişafda, elimdə, sənətdə və hətta əsgərlikde ƏXi Təşkilatları önemli bir rol oynayırdılar. Bu səbəblə Ahilik təşkilatına sadəcə düccar, əsnaf və sənatkârlar deyil, eyni zamanda elim adamları və hətta hökümdarlar da üyə ola bilərdi.

Ahi – Əxi örgütlənməsi, eyni zamanda Türk kültürünün- mədəniyyətinin  gənəl örgüt – təşkilat quruluşunu, yönətilmə  tərzini və iş əlaqələrinin çalışma ortamına möhkəmlənmiş halını əks etdirir. Türk tarixi ilə əlaqədar çox önəmli bilgiləri əhatə edən Orhun Abidələri’ndə də qeyd edildiyi kimi, Türklərdə yönəticilərlə yönəldilənlər arasında üstün və aşağı təbəqə  anlamında bir ayrım yox idi.

Kağan’ın önəmli görəvlərindən biri də milləti bir baba şəfqəti ilə qoruyaraq, aç olanı doyurmaq və çıplaq olanı geydirmekdir. Her şeydən önceə Kağanın –Xaqanın milləti ilə uyum içində olması, onu qoruması və dövlətin gələcəyini düşünməsi mütləq idi. Bənzər şəkildə Kutadgu Biligdə də yönəticilərin uzun zaman höküm sürə bilmələri üçün qanunu doğru – düzgün həyata keçirməli, xalqı qorumaları, xalqa qəlbdən gələn bir mərhəmət göstərmələri və ədalətlə xidmət etmələri tövsiye edilirdi(16).

Əski Türk gələnəyinin önəmli bir kültür qolu olan Kağanın xalqını bir ata kimi gözətləmısi ilkəsi, Axilik təşkilatının içində sayqınlığı olan bir qüvvəyə dönüşmüşdür. Axilikdə əsnaf başqanı və ustalar bütün üzvləri bir ata  şəfqəti ile qoruyan məsləki, siyasi, əxlaqi və dini lider kimidir. Bu liderlik anlayışı hər qədəmədəki (usta-kalfa-çırak-yamak) çalışanlar arasında ata-oğul arasındakı əlaqəyə bənzər candan əlaqənin yaranmasına xidmət emişdir.(17)

Ahilik teşkilatına təkcə əsnaf örgütü demək doğru deyildir, əslində həm də vətənə, millətə xidmət edən bir istihbaratçı, xəfiyyə görəvinidə həyata keçirirdi əxilər. Həmçinin Türklər arasında elmin, mədəniyyətə və sənətkarliğin inkişafina da xidmət edirdi. Həm də müasir dönəmdə Avropalıların  özlərinə məxsus saydıqları istehsalçı və tükədici haqqlarının və bir çox ticari terminlərin də əsası məhz əxi-ahi təşkilatına üzv olan  türklər tərəfindən  qoyulmuşdur. Bu haqqda araşdırmamızın ikinci hissəsində bəhs edəcəyik.

Xüsusi Teşekkür verdiyi deyerli bilgiler üçün İshak Çelik beye sayqılarımla.

 

Aynur TALIBLI – Tarih ve Medeniyet Araştırmacısı
Yazarın diğer yazıları için tıklayınız.

____________________________________________________

İstifadə edilən mənbələr:

1- SELÇUK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLKÖĞRETİM ANA BİLİM DALI SOSYAL BİLGİLER EĞİTİMİ BİLİM DALI. HAZIRLAYAN HİLAL TEMEL “AHİLİK TEŞKİLATININ HALKIN EĞİTİM VE ÖĞRETİMİNDEKİ ROLÜ”.

2- “AHİLER VE AHİLİK KÜLTÜRÜ” MURAT KILINÇ 2010.

3- ARAT, Reşit Rahmeti (1988), Kutadgu Bilig, 2.çeviri, TTK.Yay. ,Ank. Nakleden: KARASOY ,Yakup, Ahi Kelimesi ve Türk Kültüründe Ahilik, Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi, s.3, Konya, 2003.

4- XII. Yüzildə Ədib Əhmət Yüknəki tərəfindən əruz ölçüsü və dördlüklərlə yazılmışdır. Atabetül Hakayık (Gərçəklərin Eşiyində), Ədib Əhmət Yüknəkinin Qaraxnlı bəylərindən Muhamməd Dad Sipehsalara hədiyyə etdiyi, hədis və Ərəbcə beyitlərə dayanaraq yazdığı şeirlərlə, əxlaqlı insan olmanını yollarını əxlaq ilkələrini açığlamış, müxtəlif əxlaqi öyüdlər əks etdirmiş, İslami düşüncə və görüşlərə yol göstərici olmuşdur.

5- ARAT, Reşit Rahmeti (1951), Atabetü’l Hakayık, TDK.Yay., c.2, İst. Nakleden: KARASOY, Yakup, Ahi Kelimesi ve Türk Kültüründe Ahilik, Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi, s.9, Konya,2003.

6- ATALAY,Rasim,(1999),Divanü Lügati-t Türk Tercümesi,c.1,TDK.Yay.Sayı:525,Ank. Nak.:KARASOY,Yakup,Ahi Kelimesi ve Türk Kültüründe Ahilik,Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi,s.11,Konya,2003

7- Ferhat ERARICI,“Ahilik ve Ahilik Kültürünün İktisadi Hayatımızdaki Anlam ve Önemi”, II. Uluslar Arası Ahilik Kültürü Sempozyumu Bildirileri, Kırşehir, 1999, s. 118.

8- http: www.ahiyan.org/ahilik-nedir.html

9- Mikail BAYRAM, Ahi Evren ve Ahi Teşkilâtı’nın Kuruluşu, Konya, 1991, s.3; ERKEN, a.g.e., s. 22.

10- Ziya KAZICI, “Ahilik”, TDV İslâm Ansiklopedisi, C. I, İstanbul, 1988, s.540.

11- ERKEN,a.g.e., s. 23.

12- M. Zeki PAKALIN, “Ahi Babalık”, Osmanlı Tarih Deyimleri ve Terimleri, C. I, İstanbul, 1948, s.29.

13- ÇAĞATAY,Neşet, a.g.e.,s.95

14- EKİNCİ,Yusuf, Ahilik,Ank.1991,s.14-16

15- Mustafa ŞANAL, Mustafa GÜÇLÜ, “Bir Toplumsallaştırma Aracı Olarak Ahilik”, Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı:23, 2007/2, s.388.

16- Yusuf HAS HACiB, Kutadgu Bilig, Çeviren: Reşid Rahmeti Arat, 6.Baskı, Türk Tarih Kurumu Basımevi, Ankara, 1994, ss.154-163.

17- EKiNCi, 1989a, ss.41-42.43

BENZER İÇERİKLER

Yorum Ekleyebilirsiniz